Maraqlı

Kişilərdə şəkərli diabetin 10 erkən əlaməti - Cinsi zəiflik varsa...

3 Fevral 2022 22:45
0 Şərh     Baxış: 1 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bütün dünyada olduğu kimi Azərbaycanda da şəkərli diabet xəstəliyinə tutulmuş insanların sayı ildən ilə artır. Şəkərli diabet qadın və kişilərdə bərabər görülür. Amma kişilərdə erkən əlamətlər fərqli ola bilər.

Medicina.az bildirir ki, kişilər 40 yaşdan başlayaraq qəfildən cinsi zəifliklə üz-üzə qalıblarsa, elə bu şəkərli diabet xəstəliyinin ilk simptomu ola bilər.

Digər əlamətlər bunlardır:

1. İştahın artması, doymamaq, hədsiz yemək istəyi

2. Susuzluq

3. Gün ərzində və gecələr sidiyə tez-tez və az miqdar getmək

4. İşdə tez yorulma

5. Selikli qişada kandidoz, ağıziçi yaralar

6. Görmənin zəifləməsi

7. Ayaqda tüklərin tökülməsi, bədəndə tük seyrəkləşməsi

8. Kəskin kökəlmə və ya arıqlama

9. Yara, kəsik izlərinin gec sağalması

10. Erektil disfunksiya - 75% kişilərdə diabet yataqda fiasko ilə başlayır. Çünki qanda şəkərin artması damarları və sinirləri zədələyir. Kişilərdə ürək-damar sistemində problemlər də şəkərdən qaynaqlana bilir.

Tədqiqatlar göstərir ki, kişilərdə diabet qadınlara nisbətən daha sürətlə irəliləyir və fəsadlar verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.