Maraqlı

Zeytun yağı istifadəsi xərçəng riskini azaldır

15 Yanvar 2022 23:35
0 Şərh     Baxış: 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

100 min tibb işçisini əhatə edən statistik tədqiqat zeytun yağının xərçəngə qarşı, eləcə də xərçəng xəstələrində ölüm riskini azaltdığını sübut edib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, amerikalı tibb mütəxəssisləri hər gün müntəzəm müəyyən miqdar təmiz zeytun yağı istifadə etməyin insana təsirini araşdırıb.

Belə ki, gündə 30-50 ml zeytun yağı istifadəsi - həm içmək, həm yemək və salatlarda birgə - müxtəlif növ xərşəng xəstəliyindən ölümü 17%, ürək-damar xəstəliklərindən ölüm riskini isə 19% azaldır.
"Biz dietoloqların zeytun yağı barədə tövsiyəsini təsdiq etdik. Müşahidələrimiz göstərdi ki, istənilən xəstələrin, o cümlədən xərçəng xəstələrin qidasında marqarin və digər yağlar zeytun yağı ilə əvəz olunmalıdır. Bu onlara daha çox faydalıdır" - deyə Marta Ferre bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.