Dişləri qorumaq üçün bu XƏTALARI etməyin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dişlərin sağlamlığını qorumaq üçün əsas şərt gigiyena qaydalarına əməl etməkdir. Gigiyena qaydaları deyəndə isə ilk növbədə yadımıza dişləri vaxtında və düzgün fırçalamaq düşür. Amma dişlərə düzgün qulluq qaydalarını çoxlarımız bilmirik.
Hər gün doğru bilərək etdiyimiz yanlışlar dişlərin vaxtından tez sıradan çıxmasına, onların itirilməsinə səbəb olur. Mütəxəssislər də gündəlik yol verilən bir çox yanlışların dişlərdə, diş ətində problemlərə yol açdığını düşünürlər.
Həmin xətalar hansılardır?
Diş fırçalarını uzun zaman istifadə etmək
E-tibb.az bildirir ki, bir diş fırçasının təxmini ömrü üç aydır. Təxminən 200 dəfə istifadə edəndən sonra onu dəyişməlisiniz. Uzun zaman işlənən fırça dişləri düzgün təmizləyə bilməməklə yanaşı, həm də bakteriya mənbəyi sayılır.
Dişləri lazım olduğu qədər fırçalamamaq
Fırçalamaya təxminən 1 dəqiqəyə yaxın zaman ayırmaq lazımdır. Fırçanı düzgün hərəkət etdirmək lazımdır.
Diş fırçası həm dişlər, həm də diş əti ilə təmasda olmalıdır
Ön, üst və alt dişlərin arxasını belə, fırçalamaq lazımdır. Fırçanı hər zaman 45 dərəcəlik bucaq altında tutmaq, qısa dairəvi hərəkətlər etdirmək lazımdır. Dişləri hər gün fərqli tərəfdən başlayıb fırçalamaq lazımdır. Bir dəfə sonda təmizlənən bölgəni növbəti dəfə birinci fırçalamaqla daha yaxşı təmizliyə nail olmaq olar.
Dişləri fırçalayandan sonra ağızı çox su ilə yaxalamaq
Fırçalayandan sonra ağızı bol su ilə yaxalamaq olmaz. Çünki belə edəndə diş məcununun tərkibində olan flor mənimsənilmir.
Diş fırçasını hamamda saxlamaq
Diş fırçasını hamam saxlamaq düzgün deyil. Fırça hamamdan kənarda, qapalı yerdə saxlanmalıdır. Böyüklərlə uşaqların diş fırçaları bir yerə qoyulmamalıdır.
Diş sapı istifadə etməmək
Hər gün diş sapı istifadə etməyi alışqanlıq halına gətirmək lazımdır. Diş fırçası təmas edə bilmədiyi yerlərdə, dişlərin arasında qalan qida qalıqları mütləq təmizlənməlidir.
Dili təmizləməmək
Dişlərlə yanaşı dilin üzəri də fırçalanmalıdır. Çünki dilin üzərində çoxlu sayda bakteriyalar toplanır. Dili təmizləmək həm də nəfəsdən pis qoxunun gəlməsinin qarşısını alır.
Sərt diş fırçası istifadə etmək
Bu, dişlərə, diş ətinə zərər verir. Yumşaq və ya orta sərtlikdə olan fırça seçmək lazımdır. Sərt fırça xüsusən soyuq qidalar, su qəbul edildiyi halda həssaslıq yaradaraq ağrıya səbəb olur.
Gündə iki dəfədən çox diş fırçalamaq
Dişlərigündə iki dəfədən çox fırçalamaq olmaz. Bəziləri dişlərini gündə 3-4 dəfə fırçalayır. Bu, düzgün deyil. İki dəfədən çox fırçalamaq diş ətinə ziyan verir, diş minasını aşındırır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Venesuelada güclü zəlzələ: 1430 ölü, 3500-ə yaxın yaralı - Yenilənib - (Video)
-
Səhər yeməyi süfrələriniz üçün praktik ləzzət: Lalanga
-
Şamaxıda Ağsu çayı daşdı - hərəkət iflic oldu - (Video)
-
Bakıda ağır qəza: Dirək aşaraq avtomobilin salonuna girdi - VİDEO
-
"100 minə görə 4 balamı anasız qoyursunuz" - (Video)
-
Bakı-Sumqayıt yolunda yük maşınının qapısı sınıb yola düşdü - VİDEO
XƏBƏR LENTİ
-
Türkiyə futbolunda Məsud Özil dövrü başlaya bilər
-
"UFC Fight Night Baku": Maqomedov Pereyranı məğlub edib
-
Serbiya Prezidenti kimi son günlərimdir - Aleksandar Vuçiç
-
UFC: Rafael Fiziyev rəqibini nakautla məğlub edib
-
Bella Hadidin xəstəliyi kəskinləşdi: Evdən çıxa bilmir
-
Parisdə ekstremal istilər: 109 nəfər dünyasını dəyişdi
-
Venesuelada güclü zəlzələ: 1430 ölü, 3500-ə yaxın yaralı - Yenilənib - (Video)
-
UFC: Nazim Sadıxov nakautla məğlub olub
-
Səhər yeməyi süfrələriniz üçün praktik ləzzət: Lalanga
-
Britninin oğulları podiumda (Foto)
-
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
-
Qriqori Leps plastik əməliyyatla tanınmaz hala düşdü (Foto)
-
Şamaxıda Ağsu çayı daşdı - hərəkət iflic oldu - (Video)
-
"Zirə" Özbəkistan klubuna məğlub oldu
-
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb
-
Mikki Rurk dişsiz görüntüləndi - (Foto)
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - Yenilənib
-
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
-
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
-
Yaşar Yusub ailəsi ilə istirahətdə (Foto)
-
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
-
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
-
Əfqanıstanda 6,1 maqnitudalı zəlzələ baş verib





