Maraqlı

Qanda şəkəri salan 3 əsas qida

4 Yanvar 2022 19:05
0 Şərh     Baxış: 1 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı dietoloq Yelena Solomatina bildirib ki, tərkibində lif, xrom və zülal olan qidalar qanda şəkərin miqdarını aşağı salmağa kömək edir.

Onun sözlərinə görə, məhz elə bu baxımdan liflə zəngin tərəvəzlər yemək faydalıdır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, təbii lif emal olunmamış düyü və dənli bitkilərdə daha bol olur. Odur ki, hazır sıyıqlardan imtina etmək və bu tipli yeməkləri xam məhsullardan hazırlamaq daha məqsədəuyğundur.

"Lif qanda şəkərin miqdarını məhdudlaşdırır, onun dərhal qana keçməsinə imkan vermir, bu prosesi ləngidərək təbii dozator rolunu oynayır. Elə buna görə də bədən enerjili olur. Lakin "glikemik partlayışlar" baş vermir", - deyə Solomatina izah edib.

Dietoloq əlavə edib ki, tərkibində protein olan qidalar da qlükozanın aktivliyinə maneə törədir. Həmçinin, tərkibində xrom olan dəniz məhsulları, qaraciyər və brokkoli də qanda şəkərin miqdarını azaltmaq üçün faydalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.