Maraqlı

Ərinin məşuqəsini bu yolla tapdı

27 Dekabr 2021 12:28
1 Şərh     Baxış: 1 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

TikTok istifadəçisi Emi Eddison ərinin ikili həyat sürdüyünü necə öyrəndiyini paylaşıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, evli olduqları müddətdə onun gizli məşuqəsi iki övladının dünyaya gəldiyi üzə çıxıb.

Eddison toylarının 10-cu ildönümündən bir müddət əvvəl ərinin onu aldatdığını ifşa edib.

Onun sözlərinə görə, bu, uşaqların doğulması ilə bağlı xəbərləri dərc edən yerli qəzeti vərəqləyərkən baş verib: "Valideynlərin adlarını, uşağın cinsini, nə vaxt  və hansı xəstəxanada doğulduğunu göstərirlər. Beləliklə, mən ərimin və başqa bir qadının adını tapdım. Aydın oldu ki, məhz o özüdür. Qeyriadi adı olduğu üçün hər şey aydın idi", - qadın iddia edir.

Eddison, qəzetdəki məlumatları adıçəkilən xəstəxananın saytında yoxlamaq qərarına gəlib: "Ərimin və həmin qadının adlarını yazdım, məlum oldu ki, həqiqətən bir neçə gün əvvəl onların oğlu doğulub".

Bundan ilyarım əvvəl isə onların qızlarının dünyaya gəldiyi də üzə çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.