Maraqlı

Şirin su şor suya qatışmadan dura bilərmi?

4 Yanvar 2022 19:50
0 Şərh     Baxış: 907
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fürqan" surəsinin 53-cü ayəsində buyurulur:"Birinin suyu çox şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduran, aralarında sədd qoyan Odur".Ayədə Allah-təala əzəmətinin dəlili olan yaranış nizamının incəliklərindən danışılır.

Maraqlıdır,şirin və şor su arasında qoyulan gözəgörünməz sədd nədir? Elmin bu günkü naliyyətlərindən istifadə edərək, həmin "gözəgörünməz sədd"in qatılıqlar arasındakı fərqdən ibarət olduğunu deyə bilərik. Başqa sözlə, şirin suyun qatılığı şor suyun qatılığından fərqlənir və bu fərq,sanki onlar arasında çəkilmiş pərdə rolunu oynayır.

Bəs,bir-birinə qovuşmuş, biri şirin o biri isə şor iki dəniz haradadır? Cavab belədir ki, bütün böyük çayların dənizə töküldüyü yerdə şirin su kütləsi yaranır və bu kütlə uzun müddət qorunur. Təyyarə vasitəsiləuyğun su kütlələrininüzərindən uçduqda, şirin su ilə şor su arasındakı sərhəd aydın görünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.