104 yaşlı amerikalı uzunömürlülüyünün sirrini bölüşüb.
Milli.Az xəbər verir ki, bu barədə The Commercial Appeal məlumat yayıb. Tennessi ştatının Memfis şəhərindən olan Ernestine Spenser 1917-ci ildə Memfisdə anadan olub və bütün həyatını doğma şəhərində keçirib. Qadın uzun illər bərbər işləyib və bir neçə nəsil şəhər əhalisi onun müştərisi olub. 104 yaşlı təqaüdçü uzunömürlülüyünün səbəbi kimi sevgini göstərib.
"Mənim böyük iştahım var. Mən daha ağır yeməyi sevirəm. İstənilən yeməyi sevirəm. Amma duz və şəkərdən imtina etdim" deyib.
Anar Əli
Milli.Az