Maraqlı

1 ay ərzində orqanizminizi təmizləyin və cavanlaşın. ASAN ÜSUL

28 Dekabr 2021 22:45
0 Şərh     Baxış: 1 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müasir insanların qidalanması müxtəlif ziyanlı maddələrlə zəngindir. Qidalara konservantlar, əlavələr,  rəng və dadvericilər və s. əlavə olunur.

Bütün bunlar bağırsaqlarda toplanaraq müxtəlif pozulmalara,  dərinin və ümumiyyətlə orqanizmin vaxtından tez qocalmasına səbəb olur.

Sizə orqanizmin təmizlənməsi üçün çox effektli və asan üsul təqdim edirik.

"Təmizləyici vasitə" kimi buğda kəpəyi istifadə olunur. Bu çox təsirli təbii vasitədir. Buğda kəpəyi sellülozla zəngindir. Sellüloz bağırsaqlarda şişir və bağırsaqlara təzyiq edərək burada yığılmış ziyanlı maddələri çölə çıxardır.

Orqanizmi təmizləmək üçün axşamdan 1 stəkan suda 1 x.q. buğda kəpəyi isladın. Səhər acqarına suyu qarışdırın və için.

40 dəqiqədən sonra qida qəbul edə bilərsiniz.

1 aydan sonra orqanizminizdə bu kimi müsbət dəyişikliklər baş verəcək:

- dərinizin və saçlarınızın vəziyyəti yaxşılaşacaq

- qəbizlikdən azad olunacaqsınız

- özünüzü daha gümrah hiss edəcəksiniz

- əzələ və oynaq ağrıları azalacaq

- bir neçə kq arıqlayacaqsınız.

Nəzərə almaq lazımdır ki, bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı bu üsuldan istifadə etmək olmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.