Maraqlı

Rafael Ağayev Dövlət Gömrük Xidmətində vəzifə arzulayır: 36 yaşım var, bəs nə vaxt işləyəcəyəm?

20 Dekabr 2021 11:52
0 Şərh     Baxış: 2 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Karate üzrə beşqat dünya çempionu karyerasını bitirdikdən sonra dövlət işində işləmək istəyir.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, o, bu barədə "Motivator" layihəsinin qonağı olarkən danışıb:

"Gömrükdən mənə gələn qonorar ("Qəbələ" klubunun üzvü kimi - red.) 480 manatdır. Artıq 36 yaşım var. Karyera bir yerə qədərdir. Atamın arzusu dövlət işində çalışmağım olub. İstərdim ki, Bakı Gömrüyündə və ya hansısa sistem işində olum".

Qeyd edək ki, Rafael Ağayev Tokio Olimpiadasından sonra karyerasını 2025-ci ildə - Paris Olimpiadasından sonra bitirəcəyini açıqlamışdı. Lakin karatenin Olimpiya proqramından çıxarılmasından sonra onun yaxınlarda karyerasını başa vuracağı gözlənilir.
 Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.