Maraqlı

Xırda pulların böyük problemi: bir, üç, beş - Xırda qəpikləri niyə götürmürlər? - VİDEO

14 Dekabr 2021 17:48
1 Şərh     Baxış: 1 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1, 3  və 5 qəpiklik metal pullar. Milli valyutamızın ən kiçik nominalları...

Dövriyyədə kifayət qədər olsa da, bəzən bu qəpiklər işimizə yaramır. Alış veriş zamanı, eləcə də ictimai nəqliyyatda xırda metal pulları ya götürmürlər, ya da qalıq kimi qaytarmırlar.

Bəzən özümüz də bu pullara ciddi əhəmiyyət vermirik.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcılar isə deyir ki, əskinə, xırda metal pulları müştərilər özləri götürmürlər.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sorğumuza cavab olaraq bildirdi ki, "BakıKart" layihəsi reallaşarkən tədavüldə daha çox olan 10, 20, 50 qəpiklik metal pulların və bütün kağız əskinasların avadanlıqlar tərəfindən qəbul edilməsinə qərar verilib.Hüquqşünas Şamil Paşayev isə deyir ki, alış-veriş zamanı satıcının xırda metal pulları götürməmək ixtiyarı yoxdur. Ancaq qanunvericilikdə bu kimi hallara qarşı inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulmayıb.

İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, xırda əskinasların olmaması infilyasiyaya səbəb ola bilər. Ona görə də belə qəpiklərin dövriyyədə qalması zəruridir.

Ekspert deyir ki, bütün dünya dövlətlərində belə pullar dövriyyəyə buraxılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.