Bakıda “Qocalar evi”nin qadınlarına fahişəlik təklif edilib - SENSASİYALI İDDİA - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakının Bilgəh qəsəbəsində yerləşən ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin ("Qocalar evi") sakini sensasiyalı iddialar səsləndirib.
Milli.Az bildirir ki, qocaların birinin oxu.az-a dediyinə görə, "Qocalar evi"nin sabiq direktoru Qətibə Əsədovanın rəhbərlik etdiyi dövrdə burada qalmaq üçün hər ay 100 manat pul ödəyirmiş:
"Keçmiş direktor sakinlər arasında ayrı-seçkilik salırdı. O, məni yola vermirdi. Mən qocalar evinə pulla gəlmişəm. Hər ay Qətibə Əsədovaya 100 manat pul ödəyirdim. Məni çox incidirdi, bilmirdim ki, nə edim. Mən ona dedim ki, sən işdən çıxarılanda nəzir verəcəyəm.
Elə oldu ki, onun vəzifəsindən azad edilməsi barədə qərar verildi. Mən bunu etdim, yəni nəzir verdim. Hətta Qətibə Əsədova bildirdi ki, bəs mənim nəzirim? Dedim ki, sənin nəzirini də çatdıracağam. O işdən çıxanda ona 50 manat verdim və dedim ki, bu da sənin nəzirindir. Götürdü də".
Ahıl iddia edib ki, Q.Əsədova "Qocalar evi"ndə ahıllara kiminləsə intim münasibət qurmağı, başqa sözlə fahişəlik təklif edirmiş. Həmin pulun bir hissəsi qocaya, digər hissəsi isə Q.Əsədovaya çatmalı imiş.
"Çıxanda məni otağına çağırdı, dedi ki, mən gedirəm, amma sənə ürəyim yanır. Mənə dedi ki, bu xasiyyətlə burda çox qalmayacaqsan. Çünki mən buraya gələndə Qətibə Əsədova mənə dedi ki, burda qalmaq üçün ya ailə həyatı qurmalısan, ya da kiminləsə pul qarşılığında görüşəsən, yoxsa, burda qala bilməyəcəksən", - deyə, o, əlavə edib.
Qeyd edək ki, Oxu.az-ın müxbiri müəssisədə olan zaman qocaların əksəriyyəti keçmiş direktorun dövründə çətin vəziyyətdə yaşadıqlarını, vaxtı-vaxtında yeməklə təmin olunmadıqlarını bildiriblər.
İddialarla bağlı Q.Əsədova ilə əlaqə saxladıq. Keçmiş direktor iddiaları təkzib edib:
"Orda kişi var idi? Hamısı qoca adamlardır".
O qeyd edib ki, bu iddia ilə çıxış edənləri məhkəməyə verəcək.
Xatırladaq ki, Qətibə Əsədova keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, hazırda həbsdə olan Səlim Müslümovun dövründə "Qocalar evi"nin direktoru təyin edilib.
Onu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vəzifəsindən azad edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
XƏBƏR LENTİ
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)





