Hadisə

Gülnaza təcavüz edən yüksək rütbəlilər həbsdə qaldı - Zərərçəkən də müstəntiqdir - FOTO

7 Sentyabr 2021 15:18
0 Şərh     Baxış: 5 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ufa (Başqırdıstan) şəhərində bir müddət əvvəl iki polis polkovniki və mayor tərəfindən təcavüzə məruz qalan keçmiş müstəntiq Gülnaz Fəthislamova məhkəmə tərəfindən əvvəlki işinə bərpa olunub.

Milli.Az "Moskovski komsomolets" qəzetinə istinadən xəbər verir ki, polis idarəsindəki yüksək rütbəli həmkarları tərəfindən təcavüzə məruz qalan keçmiş müstəntiq onu zorlayanların həbs olunmasına nail olub.

Gülnazın xidmətdə əxlaqsız davranışlarla yadda qaldığını iddia edən keçmiş həmkarları hökmdən şikayət ediblər. Maraqlıdır ki, zorlanma hadisəsindən sonra Gülnazı polisdən uzaqlaşdırmışdılar. O da məhkəməyə müraciət edərək işə bərpa olunub. Onun fikrincə, həmkarları onu ləkələyiblər. Keçmiş həmkarları iddia ediblər ki, Gülnaz rəhbərləri ilə hər dəfə spirtli içki qəbul etdikdən sonra özünü anlaqsız vəziyyətə gətiribmiş.

Kamran Seyidov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.