Lənkəranda qız sevgilisini yataqda bıçaqladı - SƏBƏB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lənkəranda sevgilisini bıçaqlamaqda ittiham olunan 1995-ci il təvəllüdlü Sevil Əsədovanın (ad və soyadlar şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az teleqraf.com-a istinadən xəbərinə görə, Sevil Əsədova həmkəndlisi Faiq Balayevin aralarında olan sevgi və intim münasibətlər barədə başqa şəxslərə məlumat yaymasından şübhələnib. Bu səbəbdən ona ağır xəsarət yetirmək qərarına gəlib.
Sevil Əsədova 6 sentyabr 2019-cu ildə, saat 22 radələrində Faiq Balayevin yaşadığı Lənkəran rayonu Ləj kəndində fərdi yaşayış evinin otağında görüşərkən aralarındakı münasibətlər barədə digər şəxslərə məlumat verdiyi üçün ona etirazını bildirib.
Sevil Əsədova əvvəlcə yanında olan bıçaqla Faiqə bir dəfə, Faiq yataqdan durub otağın qapısını açmaq istəyərkən arxadan daha iki zərbə endirib.
Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Sevil Əsədova barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevil Əsədovaya 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Hökmdən narazı qalan zərərçəkmiş Faiq Balayev apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, Sevil Əsədovaya təyin olunmuş cəza ilə razı deyil. Qeyd edib ki, Sevil Əsədovanın məqsədi onu öldürmək olub.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş Faiq Balayevin şikayəti qismən təmin olunub və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Sevil Əsədova barəsində təyin olunmuş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Cəzanın ümumi rejimdə çəkilməsi müəyyən edilib.
Sevil Əsədovanın barəsində həbs qətimkan tədbiri seçilib və cəzasının əvvəli 22 oktyabr 2020-ci il tarixdən hesablanması qərara alınıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib





