Hadisə

Abşeronda ev yanıb, 1 nəfərin meyiti aşkar edilib

10 İyul 2021 09:44
0 Şərh     Baxış: 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1992-ci il təvəllüdlü Höcətov Ülfət Cümşüd oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.