Hadisə

Zaqatalada polis çayda köməksiz vəziyyətdə qalan azyaşlıları xilas edib - FOTO

7 İyul 2021 21:50
0 Şərh     Baxış: 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən axşam saatlarında Zaqatala Rayon Polis Şöbəsinə rayona yağan güclü leysan yağışları səbəbilə Sabunçu çayında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, bu barədə xəbər daxil olan kimi polis əməkdaşları dərhal həmin əraziyə yollanıb. İçərisində 2-si azyaşlı olmaqla ümumilikdə 5 nəfərin olduğu yük avtomobilinin çayın ortasından batması səbəbilə həmin şəxslərin təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə təcili və təxirəsalınmaz tədbirləri nəticəsində onlar təhlükəsiz əraziyə çıxarılıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.