Hadisə

Gəncədə yabanı çətənə kolları məhv edilib

7 İyul 2021 11:14
0 Şərh     Baxış: 559
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gəncə çayının sol sahilində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, ümumi çəkisi 1306 kiloqramdan artıq olan, 40201 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.