Hadisə

Hacıqabulda həyətində narkotik becərən şəxs saxlanılıb

24 İyun 2021 16:04
Baxış: 487
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hacıqabulda həyətində narkotik əkən şəxs yaxalanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Əli Əlhəsənov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan təmiz çəkisi 140 qram olan qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 9 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.