Hadisə

Yevlaxda çətənə becərən şəxs tutuldu - VİDEO - FOTO

21 İyun 2021 11:49
Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Havarlı kəndində yaşayan, əvvəllər məhkum edilmiş Elçin Şəfizadə saxlanılıb. E.Şəfizadənin kənd ərazisində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilmiş uzunluğu 30 sm-dən 210 sm-dək, ümumi çəkisi 155 kiloqramdan artıq olan 183 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.