Hadisə

Xalça oğurlayan şəxs tutuldu - Eyni evə dəfələrlə girib

11 May 2021 15:27
Baxış: 384

Lənkəranda 4 il ərzində bir evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış rayonunun Kərgəlan kənd sakini, əvvəllər məhkum olunmuş Emin İbadovun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 2 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

E.İbadovun ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə onun rayonun Kərgəlan kəndində yerləşən evlərdən birindən 2017-ci ildən bir neçə dəfə qanunsuz daxil olmaqla ümumi dəyəri 4755 manat olan işıq generatoru, 6 ədəd xalça, yataq mebeli, inşaat materialları və digər əşyalar oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.