Qubada 30 yaşlı tanışını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Quba rayonunda tanışını qətlə yetirən şəxsin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Quba rayon sakini Söhrab Baratovun qətlində təqsirləndirilən Ələskər Ələskərovun barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlham Mahmudovun icratına verilib.
Xatırladaq ki, hadisə oktyabrın 21-də saat 18 radələrində Quba rayonu, Vladimirovka kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Baratov Söhrab Fizuli oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Ələskərov Ələskər Şakir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Söhrab Baratovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ələskər Ələskərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək
-
İyulun 12-də qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə!
-
Neftimiz ucuzlaşdı
-
Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - (Foto)
-
Azərbaycanlı qız yad ölkədə vəhşicəsinə öldürüldü - Şok cinayətin təfərrüatı
-
“Sabah” Kurasao millisinin futbolçusunu transfer etdi
-
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib - (Foto)
-
Məşhur aktyorun xanımı ilə fotolarını süni intellektə bənzətdilər - (Fotolar)
-
Kriptovalyuta bazarında yüksəliş: "Bitcoin" 106 min dolları keçdi
-
Qurban Qurbanov "Qarabağ"ın məğlubiyyətlərindən danışdı
-
Pulunu avroya dəyişdirmək istəyənlərin nəzərinə
-
Türkiyədə bir gündə 20 zəlzələ
-
Ehtiyata buraxılan mayor faciəvi şəkildə öldü
-
2 iyul Azərbaycanda Polis Günüdür
-
Xalq artisti qızına 2 gün toy edəcək - (Foto)
-
İstanbulda güclü yanğın: Yaralılar var - (Foto)
-
Gəncədə azyaşlı xəstəxanada öldü
-
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb - (Foto)
-
Bakıda yaşayış kompleksində yanğın - Maşınlar da ziyan görüb
-
DÇ-2026: ABŞ və Belçika 1/8 finalda
-
"Ər çörəyi yeyəndə kökələcəyəm" - Səmra Hüseynova





