Hadisə

Bakıda mənzildən iki qadın meyiti tapılıb

11 Mart 2021 13:48
Baxış: 1 171
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Suraxanıda evdən 72 və 42 yaşlı iki qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Rəhimova Səidə Fikrət qızının və 1979-cu il təvəllüdlü Rəhimova Kəmalə Hacıağa qızının meyitlərini aidiyyəti üzrə təhvil veriblər.

Bakıda mənzildən meyiti tapılan qadınların ana və qızı olması müəyyən edilib. 

Onlar dəm qazından boğularaq ölüblər. 

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.