Azərbaycanın işğal altında olan ərazilərində daha 11 nəfər koronavirusa (COVID-19) yoluxub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, yoluxma hallarından 9-u Xankəndində, 1-i Ağdərə, 1-i isə Əsgəran rayonunda qeydə alınıb.
Bununla da, Azərbaycanın erməni işğalı altında olan ərazilərində koronavirusa yoluxanların sayı 228-ə çatıb.
Onlardan 162 nəfəri sağalıb.
Milli.Az