İşğal altında olan Azərbaycan ərazilərində koronavirusa 11 yeni yoluxma qeyd alınıb

29 İyul 2020 18:17

Azərbaycanın işğal altında olan ərazilərində daha 11 nəfər koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yoluxma hallarından 9-u Xankəndində, 1-i Ağdərə, 1-i isə Əsgəran rayonunda qeydə alınıb.

Bununla da, Azərbaycanın erməni işğalı altında olan ərazilərində koronavirusa yoluxanların sayı 228-ə çatıb.

Onlardan 162 nəfəri sağalıb.

Milli.Az