Hadisə

Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşlarında koronavirus aşkarlanmayıb

23 İyun 2020 12:59
Baxış: 1 245
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşları arasında koronavirusa yoluxma halı müəyyən edilməyib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Tbilisidəki konsulu Ramel Lətifov bildirib.

Onun sözlərinə görə, ötən gün 178 Azərbaycan vətəndaşından götürülən PCR testinin hamısının cavabı neqativ olub, bu səbəbdən vətəndaşların təxliyəsi üçün heç bir maneə qalmayıb. 

Qeyd edək ki, Azərbaycan vətəndaşları bir neçə dəqiqə sonra  Tbilisidə Azərbaycan səfirliyinin binasının qarşısından ayrılmış 3 xüsusi avtobusla Sınıq Körpü sərhəd keçid məntəqəsinə gətiriləcək. Təxliyə ediləcək şəxslər Azərbaycanda karantində saxlanılmayacaq və onlara qeydiyyatda olduqları əraziyə getmələri üçün ölkə ərazisində bir günlük sərbəst hərəkət icazəsi veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.