Rusiyanın Mordoviya Respublikasının sakini azərbaycanlını saxta sənədlə qeydiyyata salıb.
Milli.Az oxu.az -a istinadən xəbər verir ki, bu barədə Respublikanın Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayımlanıb.
Bildirilir ki, Temnikovski rayon polisləri qanun pozuntusu faktı aşkar ediblər.
Belə ki, 44 yaşlı yerli sakin qanunsuz olaraq 14 fevral tarixinə qədər Azərbaycan vətəndaşını öz evinə qeydiyyata salıb.
Azərbaycanlının faktiki yaşadığı yer isə ayrı ünvan olub.
Hazırda rusiyalı istintaqdan yayındığı üçün axtarışa verilib, həmin şəxsin yeri müəyyənləşdirilir.
Faktla bağlı cinayət işi açılıb.
Milli.Az