Hadisə

Bakıda "AZZA"ya silahlı basqın edildi, kassa oğurlandı

2 Dekabr 2019 20:07
0 Şərh     Baxış: 4 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda şirniyyat dükanına basqın edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 70-də baş verib.

Naməlum şəxs həmin ünvanda yerləşən "AZZA" şirniyyat dükanına daxil olaraq orada işləyən Atakişiyev Ülvi Elşad oğlunu bıçaqla öldürməklə hədələyib.

Naməlum şəxs satıcıdan kassadakı pulları tələb edib.

Nəticədə həmin şəxs kassadan 950 manat və 1 ədəd "Alpha Line" içkisini götürərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat - axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkum Abdullayev Arzu Nemət oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.