Abşeronda jurnalistin evini qarət edən mütəşəkkil dəstənin üzvləri saxlanıldılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abşeron rayonunda jurnalist Hacı Zeynalovun evindən oğurluq edən şəxslər saxlanılıb.
Bu barədə Trend-ə zərərçəkmiş Hacı Zeynalov məlumat verib.
O bildirib ki, evini qarət edənlər ötən həftə Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər - Orxan Paşazadə və Əhməd Savdumov barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, jurnalistin evini qarət edənlər mütəşəkkil dəstə olub və saxlanılan iki nəfər də həmin dəstənin üzvlərindəndir. Oğurluqda iştirak edən daha bir neçə nəfərin şəxsiyyəti müəyyən olunub.
Qeyd edək ki, Teleqraf.com saytının müxbiri Hacı Zeynalovun evi ötən ilin dekabrında qarət olunub.
Abşeron rayonunun Saray qəsəbəsində olan fərdi evdən "Grundig" markalı televizor, ətçəkən maşın, pul və rəsmi sənədlər oğurlanmaqla jurnalistə ümumilikdə 1425 manat ziyan dəyib.
Xatırladaq ki, həbs olunanlar Saray, Novxanı, Masazır, Mehdiabad, Digah, Məhəmmədi və Fatmayı qəsəbəsində 30-dan çox evi qarət ediblər.
Araşdırma zamanı məlum olub ki, həmin şəxslər "Mercedes" markalı, 90 RG 257 dövlət nömrə nişanlı avtomobillə evlərin yaxınlığına gedərək, mənzilləri əvvəlcə nəzərdən keçiriblər.
Sonra cinayət əməlində istifadə etdikləri soyuq silahlarla evlərə daxil olaraq oradan pul, qızıl, məişət avadanlıqları və sair əşyaları oğurlayıblar.
Faktla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə cinayət işi başlanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
XƏBƏR LENTİ
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik





