Hüseynin kortejindəki 8 nəfər cəzalandırıldı - Üçü isə... - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Samara şəhərinin hüquq-mühafizə orqanları məşhur azərbaycanlı blogger Hüseyn Həsənovun kortejində olan 8 nəfəri məsuliyyətə cəlb edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Samara üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, digər 3 sürücünün hərəkətlərində heç bir pozuntu olmadığından onlarla əlaqədar yoxlama dayandırılıb. Digər bir sürücüyə - yol polisi alayına çağırışa gəlməyən Mercedes-Benz G63 sahibi ilə bağlı inzibati materialın sürücünün qeyd yerində Sankt-Peterburqun ərazi polis idarəsinə göndərilməsi planlaşdırılır.
25 yaşlı Hüseynin cəzalandırıldığı, yoxsa məsuliyyətdən yaxa qurtardığı barədə məlumat yoxdur.
Qeyd edək ki, yol polisi əməkdaşları sosial şəbəkələrdə yayılmış qeydləri araşdıraraq, 6 oktyabr saat 3:45-dən 3:50-dək 12 avtomobildən ibarət kortejin Voljskiy prospektində yol hərəkəti qaydalarını pozduğu qənaətinə gəliblər. 11 avtomobil 1994-cü il təvəllüdlü Hüseyn Həsənova məxsus "Gelandewagen" markalı maşını izləyib. Sürücülər yüksək səslə siqnal veriblər, qarşı zolağa çıxıblar, səkilərə giriblər.
Qeyd edək ki, H. Həsənov Azərbaycan və Rusiyada geniş tamaşaçı kütləsinə malikdir. Onun instaqram izləyicilərinin sayı artıq 12 milyona çatır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat





