Hadisə

Cəlilabadda qadın avtomobilin altında qaldı

18 Sentyabr 2019 16:04
0 Şərh     Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, sentyabrın 17-də saat 19 radələrində Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində Musalı kənd sakini X.Həsənov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən kənd sakini Firuzə Əhədovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.