Hadisə

Qubadadakı qaz partlayışı ilə bağlı RƏSMİ AÇIQLAMA

29 İyun 2019 17:52
0 Şərh     Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba rayonunda qaz partlayışı olub.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Amsar kəndində ümumi sahəsi 48 kv.m olan kürsülü, birmərtəbəli 2 otaqlı evin həyətyanı sahəsində həcmi 40 litr olan məişət qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib.

Yanğın nəticəsində evin döşəməsi 4 kv.m sahədə yanıb.

Yanğın zamanı 4 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.