Hadisə

Azərbaycanda müəllim müəmmalı şəkildə öldü

26 May 2024 07:13
Baxış: 2 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda 83 yaşlı qadının meyiti tapılıb.

Milli.Az baku tv-yə istinadla bildirir ki, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb. 1941-ci il təvəllüdlü Abdullayeva Pərizat Qədir qızından 3 gün ərzində xəbər ala bilməyən qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Qonşular bildirirlər ki, uzun müddət Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs deyən qadının övladı olsa da, o, tək yaşayıb.

Polislər evə daxil olan zaman görüblər ki, qadın çiməndən sonra çılpaq formada yerə uzanıb və ağzından qan gəlib.

Məlumat üçün bildirək ki, onun üzərində zorakılıq əlamətləri olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.