Hadisə

Maşından düşüb yolu keçmək istəyən sürücünü avtomobil vurub

23 Mart 2018 19:20
1 Şərh     Baxış: 1 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramin Eldar oğlu Yusifov öz şəxsi avtomobilindən düşüb yolun o biri tərəfinə keçmək istəyərkən, yüksək sürətlə gələn başqa bir maşın tərəfindən vurulub. Yaralı ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə çatdırılıb.

İlkin müayinə zamanı yaralının vəziyyəti ağır olduğu üçün o, əvvəlcə Reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra "təcili yardım" avtomobili ilə Bakı şəhərinə gətirilib. Xəstəxanadan bildirilib ki, R.Yusifovun vəziyyəti olduqca ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.