Hadisə

İcra başçısının qərarı narazılığa səbəb oldu - FOTO

12 Mart 2018 13:33
1 Şərh     Baxış: 3 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda bir qrup sakin rayon rəhbərliyinin yeni qərarına etiraz edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Marneuli rayon icra hakimiyyətinin müvafiq qərarı rayonun mərkəzi yollarının kənarlarındakı ticarət köşklərinin sökülməsi ilə bağlıdır. 

Rayon rəhbərliyindən bildirilib ki, ticarət köşkləri rayonun görünüşünə xələl gətirdiyindən söküləcək. 

İcra hakimiyyətinin binası qarşısında toplanmış sakinlər bu qərara etiraz ediblər. Narazı sakinlər bu qərarın onların qazanc yerlərindən məhrum olunması və onlarla ailənin maddi durumunun ağırlaşmasına gətirib çıxaracağını bildiriblər. 

Etirazçılar Marneuli rayonunun icra başçısı Temur Abazovla görüşə dəvət olunub. Hazırda görüş davam edir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.