Hadisə

Qobustanda toy yasa döndü

24 Aprel 2011 17:26
Baxış: 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qobustan rayonunda keçirilən toy mərasimində gəlin dünyasını dəyişib. Şamaxı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Qobustan rayonunun Mərəzə qəsəbəsində 1988-ci il təvəllüdlü İsayev Alim Əli oğlu ilə 1992-ci il təvəllüdlü İsgəndərova Afət Bilal qızının toy mərasimində qeydə alınıb.

Məlumata görə, ötən gün "Şamaxı" restoranında Şamaxının Cavanı kənd sakini Afət İsgəndərovanın toy mərasimi olub. Bu gün günorta saatlarında isə el adəti ilə gəlin qız evindən oğlan evinə - Alim İsayevin atasının Mərəzə qəsəbəsindəki evinə gətirilib.

Mərasim həyətyanı sahədə qurulmuş toy çadırında davam etdirilib. Lakin bir saatdan sonra qəflətən gəlinin halı pisləşib. A. İsgəndərova təcili Şamaxı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Xəstəxanadan APA-ya bildirilib ki, gəlin xəstəxanaya çatmamış yolda keçinib. Onun hansı səbəbdən ölməsi hələlik məlum deyil.

Faktla bağlı Şamaxı və Qobustan rayon prokurorluqları tərəfindən araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.