Hadisə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sürücünü arvadının yanında yumruqladı, Bakı-Sumqayıt yolunu bağladı, sonra da çıxıb getdi... - FOTO
19 Yanvar 2015 11:37
8 Şərh
Baxış: 5 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gecə saatlarında Bakı-Sumqayıt yolunda sürücülər arasında dava düşməsinə görə böyük tıxac yaranıb. Milli.Az aznews.az-a istinadən xəbər verir ki, Bakıdan Sumqayıt istiqamətində hərəkət edən (Xırdalan qəbristanlığının yaxınlığında) 99 AA 499 nömrə nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü ilə "BMW" markalı avtomobilin sürücüsü arasında mübahisə düşüb.
Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Davaya səbəb "BMW"yə yol verməyən "Range Rover"in sürücüsünün təhqiramiz ifadələr işlətməsi olub. Əlbəyaxa dava düşəndən sonra "BMW"də olan sürücünün həyat yoldaşı yerə düşərək, onları sakitləşdirməyə çalışıb. Lakin "BMW"nin sürücüsünə nisbətən cavan yaşda olan "Range Rover"i idarə edən şəxs qarşısındakıları ağır ifadələrlə təhqir edib və onlara yumruq zərbələri endirib. Bundan sonra dava bir qədər də qızışıb və yolda avtomobillərin hərəkəti tamamilə dayanıb.
Başqa sürücülərin müdaxiləsinə baxmayaraq, davanı sakitləşdirmək mümkün olmayıb. Bu vaxt yoldan keçən başqa bir şəxs onlara yaxınlaşaraq, polis polkovniki olduğunu deyib, vəsiqəsini göstərib və onları aralaşdıra bilib. Həmin vaxt məlum olub ki, "Range Rover"in sürücüsü sərxoşdu.
O, özü də bunu boynuna alıb, toydan gəldiyini bildirib. AA seriyası ilə avtomobil idarə edən sürücü sonradan hadisə yerinə gələn 10 YP 756 nömrəli yol polisinin əməkdaşlarına da sərxoş olduğunu deyərək, onlara vəzifəli şəxs olduğunu, kiminsə qohumu olduğunu pıçıldayıb. Bundan sonra ayaq üstə güclə dayanan, nəinki dava etdiyi şəxsləri, hətta kənardakı şəxsləri də ağır ifadələrlə təhqir edən sürücü sərbəst buraxılıb. Bu vaxt başqa sürücülər yol polislərinə etirazlarını bildiriblər, lakin heç nə dəyişməyib. İçkinin təsirindən üst geyimini və telefonlarını yerə atan sürücü onları yığışdırandan sonra hadisə yerini tərk edib.
Hadisə yerindən olan fotoları təqdim edirik:
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nə velosiped, nə də yürüş: Ürəyi gənc saxlamağın yolu evdə imiş
-
Xaricdə unitaz qapaqlarının "U" şəkilli olmasının 4 məntiqli səbəbi
-
İyunun ən uğurlu 3 bürcü
-
Qarajı üçün 9 milyon xərcləyəcək - FOTO
-
Həkimdən xəbərdarlıq: Qan qrupunun səhv təyini ölümə səbəb ola bilər
-
Qocaldıqca arıqlamaq niyə çətinləşir? - Mütəxəssislər səbəbləri açıqladı
-
Dəriyə necə qulluq etməliyik?
-
Yaşıl çay sevənlərə ŞAD XƏBƏR
-
Atmağa qıymadığımız əşyaların hekayəsi: Niyə imtina edə bilmirik?
-
Etibarnamə ilə alınan avtomobillərlə bağlı xəbərdarlıq
-
Son halını 80 yaşlı qadına bənzətdilər
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
-
Zelenski Putinə açıq məktub ünvanladı
-
“Liverpul” yeni baş məşqçisini açıqladı
-
Günün qoroskopu: Olduqca şanslı və bərəkətli bir gündür
-
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
-
İshaq Fəyyaz öldü - 3 günlük matəm elan edildi
-
Hicran Hüseynova vəfat etdi
-
Bədənə daxil olub orqanizmi içəridən məhv edir
-
Aygün Bəylərin bacısı - "Ailəmlə küsülüyəm"
-
DÇ-2026-nın ilk oyunu təxirə salına bilər
-
Mask planetin ilk trilyonçusu olacaq
-
Ayxan Abbasov: “Nəticəni ikinci planda düşünmək olar”