Xaricdə unitaz qapaqlarının "U" şəkilli olmasının 4 məntiqli səbəbi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xaricə, xüsusilə də Amerika Birləşmiş Ştatlarına səyahət edənlərin diqqətini çəkən ən qəribə detallardan biri ictimai tualetlərdəki "U" şəkilli unitaz qapaqlarıdır. Evlərimizdə görməyə alışdığımız dairəvi qapaqlardan fərqli olaraq, buradakı ictimai yerlərdə önü açıq qapaqlardan istifadə olunur.
Milli.Az xəbər verir ki, ilk baxışda bu, sadəcə bir dizayn fərqi kimi görünsə də, arxasında qanuni məcburiyyətlər və gigiyenik qaydalar dayanır. ABŞ-dəki santexnika qaydalarına əsasən, evlər istisna olmaqla, bütün ictimai yerlərdə önü açıq "U" şəkilli qapaqların istifadəsi tamamilə məcburidir. Bu qayda ilk dəfə 1955-ci ildə Amerika Standart Milli Santexnika Koduna daxil edilib.
Bəs nə üçün məhz "U" forması seçilib?
Maksimum gigiyena və təmasın qarşısının alınması
Bu qapaqların dizaynında ən böyük prioritet gigiyenadır. Önü açıq olan bu qapaqlar, istifadəçilərin cinsiyyət orqanlarının qapaqla təmas etməsinin qarşısını almaq üçün boşluq yaradır. Bundan əlavə, sidiyin qapağın ön hissəsinə sıçraya biləcəyi səthi ortadan qaldıraraq daha təmiz istifadə imkanı təklif edir.
Qadınlar üçün istifadə rahatlığı
Beynəlxalq Santexnika və Mexanika Rəsmiləri Assosiasiyasının məlumatına görə, önü açıq unitaz qapaqlarının yaradılmasında əsas məqsədlərdən biri də qadınların tualetdən sonra silinmə (təmizlənmə) prosesini daha rahat və asan şəkildə həyata keçirmələrini təmin etməkdir.
Oğurluq riskini azaldır
İctimai tualetlərin dizaynı və idarə olunması üzrə ixtisaslaşmış Böyük Britaniyanın "Healthmatic" şirkətinin baş direktoru Rocer Barrinin sözlərinə görə, ictimai yerlərdə tualet qapaqlarının oğurlanması ciddi bir problemdir. "U" şəkilli qapaqların oğurlanma ehtimalı standart dairəvi qapaqlara nisbətən çox daha aşağıdır.
Maliyyə qənaəti
Məsələnin iqtisadi tərəfi də mövcuddur. "U" formasında dizayn edilən unitaz qapaqlarının ön hissəsi boş olduğu üçün istehsalatda daha az material sərf olunur. Bu isə böyük müəssisələr və obyektlər üçün xərcləri azaldaraq daha qənaətcil bir həll yolu təqdim edir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
Hadise səhnə geyimi ilə yenidən gündəmdə - (Video)
-
Şəbnəm Tovuzlu: "Keçmiş baldızımla bacı kimiyəm"
-
Fanatı əməkdar artistə çətin anlar yaşatdı: "Ev ünvamı da tapıb" - (Video)
-
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı - (Yenilənib/Video)
-
“Var Mısın Yok Musun”da Zeynəbin gülüşü diqqət çəkdi - (Video)
XƏBƏR LENTİ
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
Sabah Şahbuzda işıq olmayacaq
-
"Əl-Nəsr"dən Ronaldonu istədilər
-
İslam Rəhimov ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub
-
"Sabah"ın bu mövsümdə ilk məğlubiyyəti
-
Hidayət Heydərov bürünc medal qazandı
-
Sahil Babayevə yeni müavin təyin edildi - dosye
-
Mingəçevirdə 42 yaşlı kişi bıçaqlanaraq öldürülüb
-
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - (Foto/Video)
-
Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
-
Bakıda ağır qəzada ölən gəncin (Fotoları)
-
Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
-
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib - Yenilənib (Foto)
-
U-15 dünya çempionatı: İspaniya çempion olub
-
“Çəhrayı addım at!” şüarı altında süd vəzi xərçəngi ilə mübarizə ayına həsr olunmuş yekun görüş başa çatıb - (Foto)
-
Sergey Lavrovun təyyarəsi 20 saatdan çox havada qaldı
-
Yenidən sədr və müavin oldular
-
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - (Foto)
-
Azərbaycanın beynelxalq mövqeyi: müharibədən sülhə, regional gücdən qlobal nüfuza
-
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
-
ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi - (Foto)
-
Ərdoğan Bayramovu qəbul etdi
-
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
-
Hadise səhnə geyimi ilə yenidən gündəmdə - (Video)





