Hadisə

Bakıda maşın qəzet köşkünə girdi

18 Dekabr 2014 09:55
0 Şərh     Baxış: 884
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qəza nəticəsində xəsarət alan olmasa da avtomobillərə və köşkə ziyan dəyib

Ötən gecə Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtoqəza rayonun Zivər Bəy Əhmədbəyli küçəsində baş verib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, adıçəkilən küçə ilə hərəkət edən sürücü Nadir Fərəcov idarə etdiyi "Volkswagen" markalı avtomaşının idarəetməsini itirib.

Nəticədə avtomobil yol kənarında dayanmış Nağıyev Yaquba məxsus "VAZ 2107" markalı minik avtomobilinə çırpılıb.

Zərbənin təsiri nəticəsində avtomobil daha sonra yol ayrıcını keçib və qəzet köşkünə çırpılıb. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.

Hadisə yerinə dərhal Yasamal Rayon Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.