Hadisə

Xırdalanda polis qəza törətdi

18 Dekabr 2014 09:27
0 Şərh     Baxış: 1 006
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yol patrul xidməti əməkdaşının vəziyyəti orta ağır qiymətləndirilir

Abşeron rayonunda yol patrul xidmətinin əməkdaşları qəzaya uğrayıblar. Hadisə zamanı bir polis əməkdaşı xəsarət alıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, hadisə ötən gecə təxminən saat 23 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində baş verib.

25 yaşlı Yusifzadə Tural Elşad oğlu xidməti vəzifəsini yerinə yetirən zaman idarə etdiyi iş maşını ilə qəzaya uğrayıb.

Hadisə zamanı xəsarət alan Tural Yusifzadə təcili tibbi yardım maşını ilə Bakıdakı 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

Kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilən yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib.

Müayinədən sonra palataya yerləşdirilən yol patrul xidməti əməkdaşının vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.