Xırdalanda polis qəza törətdi
18 Dekabr 2014 09:27
Yol patrul xidməti əməkdaşının vəziyyəti orta ağır qiymətləndirilir
Abşeron rayonunda yol patrul xidmətinin əməkdaşları qəzaya uğrayıblar. Hadisə zamanı bir polis əməkdaşı xəsarət alıb.
Milli.Az-ın
anspress
-ə istinadən məlumatına görə, hadisə ötən gecə təxminən saat 23 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində baş verib.
25 yaşlı
Yusifzadə Tural Elşad oğlu
xidməti vəzifəsini yerinə yetirən zaman idarə etdiyi iş maşını ilə qəzaya uğrayıb.
Hadisə zamanı xəsarət alan Tural Yusifzadə təcili tibbi yardım maşını ilə Bakıdakı 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.
Kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilən yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib.
Müayinədən sonra palataya yerləşdirilən yol patrul xidməti əməkdaşının vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az