Hadisə

Xəzərin Qazaxıstan sektorunda Azərbaycan vətəndaşları saxlanıldılar

13 Oktyabr 2014 13:12
0 Şərh     Baxış: 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dörd Azərbaycan və bir Qazaxıstan vətəndaşı Xəzər dənizi akvatoriyasında qanunsuz balıq ovuna görə saxlanılıblar.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhliükəsizlik Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, istirahət günləri brakonyerlik fəaliyyətinin qarşısının alınması və dəniz resurslarının müdafiəsi üzrə birgə operativ-profilaktik tədbirlər zamanı sərhədçilər qaçaqmalçılıqla bağlı bir neçə hadisənin qarşısını alıblar. Üç üzmə vasitəsi və nərəkimilər cinsindən 71 balıq götürülüb.

Məlumatda deyilir: "Birinci halda dövlət sərhədinin pozulması haqqında məlumat daxil olanda naryad dörd Azərbaycan vətəndaşını saxlayıb. Qazaxıstanın Sahil Mühafizəsi Regional İdarəsinin sərhədçiləri "Bayda" tipli üçmühərrikli kiçik "Yamaxa-200" üzmə vasitəsi götürüblər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.