Amma iki gün öncə yanvarın 16-da Rusiyada (Kremlin yaxınlığındakı "Karetnıy dvor" restoranının girişində) güllələnərək öldürülən "Ded Xasan" ləqəbli "qanuni oğru" Aslan Usoyanın qətli ilə yenidən gündəmə gəldi. Əlbəttə, Lənkəranskinin bu qətldə əlinin olub-olmadığını istintaq dəqiqləşdirə bilər.
Bizə isə istənilən halda maraqlıdır: Rövşən Lənkəranski kimdir?
Caniyev Rövşən Rafiq oğlu (Rövşən Lənkəranski). 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəlidir. Lənkəran şəhəri, T.İsmayılov küçəsi 26-da qeydiyyatdadır. Astara Rayon Xalq Məhkəməsinin 15.10.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsi, 97-ci maddəsi il 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Səbail Rayon Məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Bu dəfə 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 15, 94-cü maddəsi (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Rövşən Caniyev cinayət məsuliyyətindən azad edilib.
2002-ci ildə isə Rövşən Caniyev barəsində olan həmin cinayət işi təzələnib. Lakin Lənkəranski istintaqdan qaçıb gizləndiyinə görə onun barəsində 01.07.2002-ci il tarixdə axtarış elan olunub.
2009-cu il dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub.
2010-cu ildə dövlət ittihamçısı R.Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib və o, azadlığa çıxıb.
Yeri gəlmişkən, Rövşən Canıyev gənc yaşlarında atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib və digər işlərlə yanaşı, məhkəmə qarşısına buna görə də çıxarılıb.
Rusiyada yaşayan Rövşən Lənkəranskinin "Ded Xasan"ın qətlindən sonra Birləşmiş Ərəb Əmirliyinə - Dubaya getdiyi deyilir. Amma deyilir, təbii ki, harada olduğu dəqiq məlum deyil.
Femida.Az
Hadisə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Rövşən Lənkəranski kimdir? - FOTO
21 Yanvar 2013 09:55
18 Şərh
Baxış: 24 880
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
"Hamamdan çıxanda gördük ki..." - Sumqayıtda zəhərlənən altı uşağın anası DANIŞDI
-
Bakıda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
-
Orxan Əfəndiyev və Uğur İbrahimli külli miqdarda borclarını ÖDƏDİLƏR - YENİLƏNİB
-
Rüfət Məmmədov rəis təyin EDİLDİ
-
Bir ailədə 6 uşaq dəm qazından zəhərlənib, 2-si reanimasiyadadır - YENİLƏNİB
-
Öz saytı işləməyən internet şirkətləri - SİYAHI
XƏBƏR LENTİ
-
100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI - FOTO
-
Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL
-
Pezeşkian beynəlxalq təşkilatlara çağırış etdi
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq
-
Tramp onu vəzifədən azad etdi
-
Gürcüstan Vəkillər Kollegiyasının sədri Azərbaycana rəsmi səfər edib - FOTO
-
Hər gün etdiyimiz, amma ömrümüzü qısaldan VƏRDİŞLƏR: Çoxları bunu bilmir
-
Tramp: İran razılaşma bağlamasa çox gec olacaq
-
Gürcüstanda azərbaycanlı gənc qətlə yetirildi
-
"Oğullarımın yanında məzar yeri almışam"
-
Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ
-
Pezeşkian Prezident İlham Əliyevə zəng edib
-
Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
-
"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO
-
Mədəniyyət Nazirliyində bu şöbə ləğv edildi
-
Yunanıstanda azərbaycanlıya 300 il həbs cəzası verildi
-
Dəridəki yara izlərini yox edən MÖCÜZƏVİ YAĞ: Faydasını çox az adam bilir!
-
"Barselona"da kütləvi təmizləmə: 11 futbolçu yola salınır
-
Telli dünyasını dəyişən qardaşından danışıb ağladı
-
28 yaşlı qadın itkin düşdü - FOTO
-
Böyük Britaniya bu növ vizalarda rüsumları artırır: 8 apreldən qüvvəyə minir
-
"Valideyn oğlu evlənəndə qızda bunu yoxlamalıdır"
-
Xiyar saralır, məhsul tökülür - Səbəb nədir?
-
Müəllimin geyimi müzakirə mövzusu oldu












