Hadisə

Hacıqabulda sürət qatarı 53 yaşlı kişini vuraraq öldürdü - (Yenilənib)

25 İyul 2026 10:21
Baxış: 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün gecə saatlarında Atbulaq-Pirsaat sahəsində hərəkətdə olan sərnişin qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb.

Milli.Az xəbər verir ki, maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

ADY bir daha vətəndaşlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. 

Nəzərə almaq lazımdır ki, yol hər zaman qatarındır. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, tələskənliyi, qaydalara laqeyd münasibət arzuolunmaz hallara səbəb olur.

Unutmaq olmaz ki, qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.

________________

Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən dəmiryol qəzası baş verib.

Milli.Az apa-ya istinadən xəbər verir, hadisə rayonun Nəvahi kəndi ərazisində qeydə alınıb.

Bildirilib ki, Bakı-Gürcüstan marşrutu üzrə hərəkət edən sürət qatarı kənd sakini, 1973-cü il təvəllüdlü Arif Şirin oğlu Ataşovu vurub. Nəticədə o, hadisə yerində həyatını itirib.

Məlumata görə, meyit tanınmaz vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.