BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 25-29-da ölkə ərazisində gözlənilən isti hava şəraiti ilə əlaqədar sürücüləri daha diqqətli olmağa, səhhətlərini və nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərə alaraq hərəkət etməyə çağırıb.
Milli.Az xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.
Qeyd olunub ki, yüksək temperatur sürücülərdə diqqətin azalmasına, tez yorulmaya, reaksiya müddətinin uzanmasına, eləcə də səhhətdə qəfil narahatlıqların yaranmasına səbəb ola bilər:
"Bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Baş Dövlət Yol Polisi İdarəsi, xüsusilə yaşlı sürücülərə, ürək-damar, arterial təzyiq, şəkərli diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə günün ən isti saatlarında zərurət olmadıqda səfərə çıxmamağı tövsiyə edir. Digər sürücülərə isə nəqliyyat vasitəsinin texniki sazlığını, xüsusilə soyutma və əyləc sistemlərinin, təkərlərin və kondisionerin vəziyyətini əvvəlcədən yoxlamağı, uzunmüddətli səfərlər zamanı mütəmadi fasilələr verərək istirahət etməyi, özlərində halsızlıq, başgicəllənmə, yuxululuq və ya digər narahatlıq hiss etdikdə hərəkəti dayandırmağı, sürət həddinə riayət etməyi, riskli manevrlərdən çəkinməyi, azyaşlı uşaqları avtomobildə nəzarətsiz saxlamamağı və günəş altında qalmış nəqliyyat vasitəsini hərəkətə başlamazdan əvvəl havalandırmağı məsləhət görür".
BDYPİ bütün sürücüləri hava şəraitini nəzərə almağa, səfərlərini imkan daxilində günün nisbətən sərin saatlarına planlaşdırmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına qoyacaq davranışlardan çəkinməyə çağırıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Elnur Kərimovu ilan sancdı
-
6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib
-
Masa bronu üçün depozit: Restoranlar bunu tələb edə bilərmi?
-
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
-
Fransa və İspaniyada fəlakət: 130 min insan təxliyə edildi - (Foto)
-
BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi
-
Gürcüstan yenə işıqsız qaldı
-
Hacıqabulda sürət qatarı 53 yaşlı kişini vuraraq öldürdü - (Yenilənib)
-
Azərbaycan nefti 6 dollardan çox ucuzlaşdı
-
Toy karvanında xuliqanlıq edən sürücülər saxlanıldı - (Video)
-
Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır
-
Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatdı
-
Tramp Netanyahunun Vaşinqtona səfərini açıqladı
-
Neft qiymətləri kəskin ucuzlaşdı - Brent 97 dollardan aşağı düşdü
-
FHN çimərliklərə üz tutanlara çağırış etdi
-
Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida
-
Hitlerin doğulduğu ev polis bölməsi oldu
-
Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
-
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
-
Qarpızı belə doğrayın, süfrəniz daha gözəl görünsün
-
Astanada oturmaq həqiqətən qisməti bağlayırmış
-
Uşaqların telefonuna nəzarət: Hansı yaşa qədər düzgündür?
-
Ömrü uzada bilən isti içkilər
-
Yayda ən çox edilən səhv - Kondisionerin yaratdığı təhlükələr





