Masa bronu üçün depozit: Restoranlar bunu tələb edə bilərmi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi restoranlar masa bronu zamanı sifarişin dəyərindən asılı olmayaraq əvvəlcədən müəyyən etdikləri sabit məbləğdə depozit tələb edirlər.
Milli.Az xəbər verir ki, bu məsələ ilə bağlı Qanunvericilikdə depozit tətbiqini birbaşa tənzimləyən ayrıca norma mövcud deyil. Bununla belə, bu proses Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilə azadlığı ilə bağlı müddəalarına əsaslanır. Həmin qaydalara görə, tərəflər qanunvericiliyə zidd olmayan şərtlərlə razılaşaraq müqavilə bağlaya bilərlər. Deməli, restoran və müştəri masa rezervasiyası zamanı depozit ödənilməsi barədə qarşılıqlı razılıq əldə etdikdə, bu şərt hüquqi baxımdan qəbul edilə bilər.
Eyni zamanda, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun tələblərinə əsasən, xidmət göstərən tərəf müştərini bütün vacib şərtlər barədə əvvəlcədən və aydın şəkildə məlumatlandırmalıdır. Buraya depozitin məbləği, hansı hallarda geri qaytarılması və ya qaytarılmaması kimi məsələlər də daxildir.
Əgər restoran bu şərtləri bron zamanı açıqlamır, lakin sonradan depozitin qaytarılmayacağını və ya başqa məhdudiyyətləri irəli sürürsə, bu, istehlakçının məlumatlandırılmaq hüququnun pozulması kimi qiymətləndirilə bilər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub - (Foto)
-
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub - (Foto)
-
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - (Foto/Video)
-
Bakıda bu yol 3 gecə bağlanacaq - Tarixlər
-
Azərbaycanla Qırğızıstan arasında avtomobil əlaqələri haqqında saziş təsdiqlənib
XƏBƏR LENTİ
-
Çox yaşamaq istəyirsinizsə it saxlayın
-
"Atam məni qəbul etmədi, öləndə də danışmadı" - Nurəddin Mehdixanlı
-
Kondisionerdən soyuqdəymə mifdir, yoxsa reallıq?
-
Makaronun sirri unda yox, formasındadır - Ən faydalı növü bəlli oldu
-
Dibçəyə 1 stəkan əlavə edin - solğun gülləri canlandırır
-
Ağcaqanadlara qarşı lazer silahı: Bir gecədə evdəki bütün həşəratları yox etdi
-
Dueyn Conson tanınmaz halda - (Foto)
-
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
-
İşdən çıxarılanlara sığorta ödənişi - (Video)
-
Telefonları folqaya bükməyə başladılar
-
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
-
“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər
-
Roma Papasının səhhəti ilə bağlı yekun diaqnoz açıqlandı
-
Müharibənin həlli heç vaxt olmadığı qədər yaxındır - Tramp
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
Ərdoğanın geyimində diqqətçəkən məqam - (Foto)
-
Bakıda yarım milyonluq maşın satışa çıxarıldı
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
-
Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
-
Pirşağıda evi ilanlar basıb - (Video)
-
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub - (Foto)
-
Çempionlar Liqası: “Qalatasaray” Fransadan qalib qayıdır
-
Halit Ergenç və Məryəm Üzərli Misirdə - (Foto)
-
Sabah Yasamal və Binəqədidə işıq olmayacaq





