Astanada oturmaq həqiqətən qisməti bağlayırmış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Astana oturma, qismətin bağlanar" ifadəsini uşaqlıqda eşitməyən demək olar ki, yoxdur. Xüsusilə Anadolu və türk xalqlarının məişət mədəniyyətində geniş yayılan bu inanc nəsildən-nəslə ötürülərək bu günə qədər gəlib çatıb. Bəziləri bunu sadəcə böyüklərin uşaqlara verdiyi bir nəsihət kimi qəbul edir, digərləri isə astanada oturmağın həqiqətən uğursuzluq gətirəcəyinə inanır. Bəs bu düşüncənin elmi əsası varmı?
Astana niyə xüsusi yer hesab edilirdi?
Qədim dövrlərdə astana sadəcə evin giriş hissəsi kimi qəbul olunmurdu. Bir çox mədəniyyətdə o, evin daxili aləmi ilə xarici dünya arasındakı sərhəd hesab edilirdi. Buna görə də astanaya xüsusi, hətta müqəddəs məna verilirdi.
Xalq inanclarında astananın görünməyən varlıqların keçid yeri olduğu, burada uzun müddət dayanmağın və ya oturmağın evin bərəkətinə mənfi təsir göstərə biləcəyi düşünülürdü. Zaman keçdikcə bu inanclar qismət, evlilik və uğur anlayışları ilə əlaqələndirilib.
İfadənin arxasında daha məntiqli səbəb ola bilər
Mütəxəssislərə görə, "astanada oturma" xəbərdarlığının yaranmasının əsas səbəbi mistik inanclardan daha çox gündəlik həyatla bağlı ola bilər.
Keçmişdə evlərin girişləri dar, qapıları isə kiçik olurdu. Astana üzərində oturan şəxs evə giriş-çıxışı çətinləşdirir, insanların büdrəməsinə və yıxılmasına səbəb ola bilirdi. Bu vəziyyət xüsusilə uşaqlar və yaşlılar üçün təhlükə yaradırdı.
Böyüklər uşaqları astanadan uzaqlaşdırmaq üçün sadə xəbərdarlıq əvəzinə "qismətin bağlanar" və ya "uğursuzluq gətirər" kimi daha təsirli ifadələr işlətmiş ola bilərlər. Zaman keçdikcə təhlükəsizlik məqsədilə deyilən bu sözlər batil inanca çevrilib.
Astana oturmağın qismətlə əlaqəsi varmı?
Bu günə qədər aparılmış heç bir elmi araşdırma astanada oturmağın insanın evlilik şansına, taleyinə və ya uğuruna təsir etdiyini sübut etməyib. Yəni astanada oturmağın qisməti bağlaması elmi fakta deyil, xalq arasında formalaşmış inanclara əsaslanır.
Buna baxmayaraq, Türkiyənin və regionun müxtəlif yerlərində astana ilə bağlı fərqli inanclar mövcuddur. Bəzi bölgələrdə astanada oturmağın evin bərəkətini azaltdığına, bəzi yerlərdə qonağın yolunu bağladığına, bəzi ailələrdə isə gənc qızların evlilik qismətinə mane olduğuna inanılır.
Mütəxəssislər bildirirlər ki, astanada oturmamağın ən real səbəbi giriş-çıxışa mane olmaq və yıxılma təhlükəsi yaratmaqdır. Qismətin bağlanması isə elmi əsası olmayan, keçmişdən günümüzə ötürülmüş xalq inancıdır./Lent.Az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
-
Qarpızı belə doğrayın, süfrəniz daha gözəl görünsün
-
Astanada oturmaq həqiqətən qisməti bağlayırmış
-
Uşaqların telefonuna nəzarət: Hansı yaşa qədər düzgündür?
-
Ömrü uzada bilən isti içkilər
-
Yayda ən çox edilən səhv - Kondisionerin yaratdığı təhlükələr
-
Hər gün xiyar yeməyin faydası
-
Paltaryuyanda yuyucu tozu hara tökmək lazımdır? - Çoxlarının etdiyi səhv
-
Qəhvənin möcüzəvi təsiri - Xərçəng və diabet riskini azalda bilər
-
Qızdırmanı belə salmağa çalışmayın - Təhlükəlidir
-
Süni intellektə ən çox verilən 10 sual - Soruşulanlara inanmayacaqsınız
-
Bu çips kartofdan deyil - Mal ətindən hazırlanır
-
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
-
Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı
-
Varlanmaqda çox çətinlik çəkən üç BÜRC
-
İran Silahlı Qüvvələri hər öldürülən iranlı üçün bir amerikalı əsgər öldürəcək - Əli Abdullahi
-
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 səhv
-
Daha bir övladı Pittin soyadını istəmir
-
Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib
-
Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanılıb
-
Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü
-
“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
-
“İflicdən sonra düşündüm ki, teatrla qurtardım” - Kubra Əliyeva
-
Biləcəridə baş verən yanğın söndürülüb, hərəkət məhdudiyyəti aradan qaldırılıb - (Yenilənib)





