Qəhvənin möcüzəvi təsiri - Xərçəng və diabet riskini azalda bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər qəhvənin xərçəng, diabet və neyrodegenerativ xəstəliklərdən qoruyucu təsirinin arxasında duran mexanizmi müəyyən ediblər. Araşdırmaya görə, bu təsir orqanizmdə NR4A1 adlı xüsusi reseptorun aktivləşməsi ilə bağlıdır.
Milli.Az xəbər verir ki, Professor Stiven Seyfin rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, qəhvənin tərkibində olan bəzi maddələr nüvə reseptoru NR4A1-i aktivləşdirir. Mütəxəssislərin sözlərinə görə, bu zülal orqanizmdə stress və toxuma zədələnmələrinə cavab verir. O, iltihabı azaltmağa, hüceyrələrin bərpasını sürətləndirməyə və qoruyucu mexanizmləri işə salmağa kömək edir. Tədqiqat zamanı reseptor bloklandıqda isə hüceyrə zədələnmələrinin artdığı və sağalma prosesinin ləngidiyi müşahidə olunub.
Araşdırma göstərib ki, qəhvənin ən faydalı komponenti kofein deyil. Əsas təsir polihidroksilli və polifenol birləşmələri, xüsusilə də qəhvə turşusu hesabına yaranır. Bu maddə yalnız qəhvədə deyil, bir çox meyvə və tərəvəzdə də mövcuddur. Alimlər bildirirlər ki, kofein də reseptora bağlana bilir, lakin hüceyrə modellərində onun reseptorun fəaliyyətinə təsiri çox zəif olub. Bu nəticə adi və kofeinsiz qəhvə arasında sağlamlığa fayda baxımından niyə ciddi fərq aşkarlanmadığını da izah edir. Məlum olub ki, qoruyucu təsir əsasən kofeindən deyil, qəhvənin digər bioaktiv maddələrindən qaynaqlanır.
Laboratoriya təcrübələri zamanı alimlər qəhvədəki birləşmələrin hüceyrələrin zədələnməsini azaltdığını və şiş hüceyrələrinin böyüməsini ləngitdiyini müəyyən ediblər. Lakin NR4A1 reseptoru bloklandıqdan sonra bütün bu müsbət təsirlər tamamilə yoxa çıxıb. Tədqiqat müəllifləri vurğulayırlar ki, NR4A1 qəhvənin təsir mexanizmlərindən yalnız biridir. Hazırda alimlər bu reseptoru daha dəqiq aktivləşdirən sintetik maddələrin hazırlanması üzərində çalışırlar. Gələcəkdə həmin preparatlar xərçəng və neyrodegenerativ xəstəliklərin müalicəsində istifadə oluna bilər./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
-
Sabah Şahbuzda işıq olmayacaq
-
"Əl-Nəsr"dən Ronaldonu istədilər





