Ömrü uzada bilən isti içkilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mütəmadi olaraq qəhvə, yaşıl çay və qara çay içmək ömrün uzanmasına kömək edə bilər. Bu nəticəyə alimlər bir neçə genişmiqyaslı elmi araşdırmanın məlumatlarını təhlil etdikdən sonra gəliblər.
Milli.Az xəbər verir ki, hər gün 1-2 fincan qəhvə içən insanların orta ömür uzunluğu daha yüksək olur. Asiya ölkələrində aparılan araşdırmalar isə müəyyən edib ki, gündə beş fincana qədər qəhvə qəbul edən insanlarda istənilən səbəbdən ölüm riski 28 faiz daha aşağıdır.
Alimlər bu təsiri qəhvənin tərkibində olan kofein və polifenolların faydalı xüsusiyyətləri ilə əlaqələndirirlər. Yaşıl çayın da sağlamlığa mühüm təsiri olduğu bildirilir. Araşdırmalara görə, o, ürək-damar və onkoloji xəstəliklərin riskini azaltmağa kömək edir. Yaşıl çayın əsas faydalı komponenti sayılan epiqallokatexin qallat (EGCG) adlı maddənin bəzi xərçəng növlərinin yaranma ehtimalını azaltdığı qeyd olunur. 2025-ci ildə aparılmış meta-analiz də bu nəticəni təsdiqləyib. Qara çayın müntəzəm qəbulu isə arterial təzyiqin və "pis" xolesterinin səviyyəsinin azalmasına kömək edə bilər. Bundan əlavə, bu içkinin yaşlı insanlarda idrak qabiliyyətinin zəifləməsini ləngitdiyi bildirilir. Gündə iki fincandan çox qara çay içən insanlarda ölüm riski 9-13 faiz aşağı olub. Mütəxəssislər bitki çaylarının da sağlamlıq üçün faydalı olduğunu bildirirlər. Nanə çayı bağırsaqların fəaliyyətini tənzimləməyə kömək edir, çobanyastığı çayı yuxunun keyfiyyətini yaxşılaşdırır, hibiskus çayı isə arterial təzyiqi müəyyən qədər aşağı sala bilər./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
-
Sabah Şahbuzda işıq olmayacaq
-
"Əl-Nəsr"dən Ronaldonu istədilər





