Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hər şey daxil" sistemi ilə istirahət edənlər üçün otellərdə təqdim olunan zəngin səhər yeməyi cəlbedici görünsə də, mütəxəssislər bəzi qidaların həm həzm sisteminə, həm də bədən çəkisinə mənfi təsir göstərə biləcəyini bildirirlər.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, klinik dietoloq Roksana Sroda səhər "açıq bufet" zamanı hansı qidalardan uzaq durmağın daha doğru olduğunu açıqlayıb. Mütəxəssis ilk növbədə avtomatlardan təqdim olunan şirə və içkiləri seçməməyi tövsiyə edir. Onun sözlərinə görə, bu məhsulların əksəriyyəti yüksək şəkər tərkibli, su ilə durulaşdırılmış və ucuz qarğıdalı siropu əlavə edilmiş içkilərdən ibarət olur. Dietoloq həmçinin kiçik sosislər və keyfiyyətsiz ət məhsullarından da uzaq durmağı məsləhət görür. Bu məhsullar adətən çoxlu duz və fosfat ehtiva edir, lakin keyfiyyətli zülal baxımından kasıb olur.
Mütəxəssis otellərdə təqdim olunan qarışdırılmış yumurtaya da diqqət yetirməyi tövsiyə edir. Onun sözlərinə görə, bəzi otellərdə bu yemək təzə yumurtadan deyil, yumurta tozundan hazırlanır və su hamamında uzun müddət saxlanılır. Qadağan olunan məhsullar siyahısına şirin səhər yarmaları, müsli və sənaye üsulu ilə hazırlanmış şirniyyatlar da daxildir. Bu məhsulların yüksək qlisemik indeksə malik olması qanda şəkərin sürətlə yüksəlməsinə səbəb olur. Nəticədə isə qısa müddət sonra enerji azalır və yenidən aclıq hissi yaranır. Bununla yanaşı, sağlam seçim etmək çətin deyil. Dietoloq ağ undan hazırlanmış şirniyyatlar əvəzinə tam taxıllı və ya çovdar çörəyi, təbii pendirlər, keyfiyyətli ət məhsulları, təzə meyvə və tərəvəzlər, həmçinin qaynadılmış və ya tavada bişirilmiş yumurtaya üstünlük verməyi tövsiyə edir. Bu qidalar daha uzun müddət toxluq hissi yaradır və gün ərzində enerjinin qorunmasına kömək edir./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
-
Sabah Şahbuzda işıq olmayacaq
-
"Əl-Nəsr"dən Ronaldonu istədilər





