Hadisə

Xətaidə evdən oğurluq edən şəxs saxlanılıb

24 İyul 2026 16:20
Baxış: 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, polisə müraciət edən zərərçəkən yaşadığı evdən ümumi dəyəri 2000 manat olan qızıl-zinət əşyalarının və 800 ABŞ dolları məbləğində pulun oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Onun zərərçəkənin qohumu, 28 yaşlı L.Əhmədzadə olduğu məlum olub.

Araşdırma zamanı saxlanılan şəxsin qonaq olduğu evdən müəyyən vaxtlarda hissə-hissə oğurluq etdiyi müəyyənləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.