Aİ İrana qarşı sanksiyaları genişləndirdi - Siyahıya daha 6 nəfər daxil edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa İttifaqı Şurası İranda insan hüquqlarının pozulması ilə bağlı tətbiq etdiyi sanksiyalar siyahısını genişləndirib.
Aİ Şurasının məlumatına görə, yeni sanksiyalar siyahısına 6 fiziki şəxs daxil edilib.
Siyahıya siyasi fəallar, dissidentlər və dini azlıqların nümayəndələri ilə bağlı qərarlar çıxarmaqda ittiham olunan İran İnqilab Məhkəmələrinin beş hakimi əlavə olunub. Aİ bildirib ki, bu şəxslərin fəaliyyəti 2022-ci ildə "Qadın, həyat, azadlıq" şüarı ilə keçirilən etiraz aksiyalarından sonra hakimiyyətin reaksiyası ilə əlaqələndirilir.
Bundan əlavə, İranlı haker və kompüter mühəndisi, "Ashiyane" kiberqrupunun təsisçilərindən biri olan Nima Salehi də sanksiya siyahısına daxil edilib.
Aİ-nin məlumatına görə, Salehinin əlaqəli olduğu "Ashiyane Digital Security" şirkəti İranın Kiber Polisi (FATA) və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əməkdaşlıq edir. Bildirilib ki, şirkət ölkə daxilində müxaliflərə və islahat tərəfdarlarına, eləcə də xarici təşkilatlara qarşı kiberhücumlarda iştirak edib.
Yeni qərardan sonra Aİ-nin İranda insan hüquqlarının pozulması ilə bağlı sanksiyalar rejimi ümumilikdə 269 fiziki şəxs və 53 təşkilatı əhatə edir.
Sanksiyalara əsasən, siyahıya daxil edilən şəxslərin Avropa İttifaqı ərazisindəki aktivləri dondurulur, onlara maliyyə və iqtisadi resursların təqdim edilməsi qadağan olunur. Həmçinin həmin şəxslərin Aİ ölkələrinə girişinə və tranzit keçidinə məhdudiyyət qoyulur.
Avropa İttifaqı qeyd edib ki, daxili repressiyalar üçün istifadə oluna biləcək telekommunikasiya vasitələrinin monitorinqi avadanlıqlarının İrana ixracına qoyulan qadağa da qüvvədə qalır.
Qeyd edək ki, Aİ-nin İranda insan hüquqlarının pozulması ilə bağlı sanksiyalar rejimi 2011-ci ildə tətbiq edilib və hazırda onun qüvvədə olma müddəti 2027-ci ilin aprelinədək uzadılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
-
Hörmüz boğazında iki tankerdə yanğın baş verdi
-
Fransada komendant saatı elan edildi
-
Rusiyada siçan qızdırması yayılır: 1500-dən çox yoluxma qeydə alındı
XƏBƏR LENTİ
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
-
Sabah Şahbuzda işıq olmayacaq
-
"Əl-Nəsr"dən Ronaldonu istədilər
-
İslam Rəhimov ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub
-
"Sabah"ın bu mövsümdə ilk məğlubiyyəti





